Cəlilabadda maşın kül oldu

Cəlilabadda maşın yanıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, rayonun Sabirabad kəndində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.