!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəlilabadda ağır qəza: sürücü yaralanıb, həyat yoldaşı ölüb(Yenilənib)

!Reklam – Yazi

Cəlilabadda avtoqəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata gorə, 1975-ci il təvəllüdlü Bakı şəhər sakini Həcər Bayramova aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində keçinib. Onun həyat yoldaşı, avtomobilin sürücüsü Musa Bayramovun vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, hadisə rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili Astara isdiqamətində hərəkətdə olarkən qarşıdan gələn “Mercedes” markalı mikroavtobusla toqquşub. İdarəetməni itirən sürücü avtomobili dirəyə çırpıb.

Faktla bağlı araşdırma aparılır.

***
Cəlilabadda avtomaşın aşıb, bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobil idarəetməni itirərək dirəyə çırpılıb. Nəticədə avtomobilin sürücüsü xəsarət alıb, onun həyat yoldaşı isə aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

589
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv