Cəlilabadda minik avtomobili yandı

Cəlilabad şəhərində təmirə dayanan “ВАЗ” markalı minik avtomobilinin salonunun yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, avtomobilin qalan hissəsi və yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.