Cəlilabadda partlayış: ölən var

partlayiwCəlilabad rayon sakini faciəli şəkildə ölüb.

Cəlilabad rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə dekabrın 12-də rayonun Azərbaycan prospektində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Evin hamamında qaz sızmasından partlayış baş verib. Nəticədə yanğın meydana gəlib və hamamda çimən ev sahibi, 1943-cü il təvəllüdlü Balaxan Mirzəyev yanıb. Dərhal Rayon Mərkəzi Xəstəxanasına, oradan da Respublika Yanıq Mərkəzinə gətirilən B. Mirzəyev bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.(APA)

Yenicag.az

COP29