Cəlilabadda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Cəlilabadda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşlarının fəaliyyəti davam etdirilir.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan 7 ədəd ov tüfəngini könüllü polisə təhvil veriblər.