Cəlilabad rayonunda bu günə qədər 252 nəfər qızılca virusuna yoluxub.
Yenicag.az Report-a istinadla xəbər verir ki, onlardan 182 nəfəri 18 yaşdan kiçik, 70 nəfəri isə 18 yaşdan böyüklərdir.
Hazırda 55 aktiv xəstə müalicə olunur. Xəstələrdən 51 nəfəri ambulator şəraitdə, 4 nəfəri isə stasionar şəraitdə müalicə alır.
Ötən gün rayon üzrə 4 yoluxma hadisəsi qeydə alınıb.
Qeyd edək ki, bu gün Cəlilabad rayon sakini Sevil Cabbar qızı İbayeva qızılca xəstəliyindən dünyasını dəyişib.