!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəlilabadda torpaq sürüşməsi baş verib

!Reklam – Yazi

celilabadda-torpaq-surushmesiCəlilabad rayonunda torpaq sürüşməsi baş verib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Vidadi Dövlətovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, torpaq sürüşməsi ötən gün axşam saatlarında rayonun Albalan-Xəlilli avtomobil yolunda qeydə alınıb. Yolun ayrı-ayrı ərazilərində asfalt qatı dağılaraq dərəyə doğru aşıb. Yolun kənarlarında və orta hissələrində dərin çatlar əmələ gəlib. Sürüşmə nəticəsində bəzi yerlərdə yoldan keçid məsafəsi də daralıb. Mövcud vəziyyətə baxmayaraq yolda hələlik nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir maneə yaranmayıb.

İH rəsmisi təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədilə rayonun müvafiq qurumlarının, eləcə də ağır texnikaların əraziyə cəlb olunduğunu, problemin qısa müddətdə həllini tapacağını bildirib.

www.yenicag.az

616
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv