Cəlilabadda üçotaqlı evin tavanı yandı

Cəlilabad rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, rayonun Privolnoye kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.