Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Yenicag.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, rayonun Sabirabad kənd sakini, 2007-ci il təvəllüdlü Mirhəsən Aftandil oğlu Şükürov Uzuntəpə kəndində yerləşən su bəndində boğulub.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.