Cəlilabadda yol qəzası oldu: Xəsarət alanlar var

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndi ərazisində keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı “Mercedes” və “VAZ-2109” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində rayonun Qarazəncir kənd sakinləri – 1975-ci il təvəllüdlü Həsənova Xalidə Arabxan qızı və 1971-ci il təvəllüdlü Muradov Həzi İsmayıl oğlu müxtəlif ağır bədən xəsarətləri alıb.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.