Cəlilabadda zəncirvari qəza – Fotolar, Video

Cəlilabad rayonunda zəncirvari qəza hadisəsi baş verib.

Yenicag.az-a daxil olan məlumata görə, hadisə Ələt-Astara maqistiral yolunun 133 kilometrliyində Anderevka kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, avtomobillərini dükan qarşısında park edib alış-verişə gedən sürücülər çölə çıxanda avtomabillərinin yararsız hala düşdüklərinin şahidi olublar. Görüntülər dükanın müşahidə kameralrına anbaan düşüb. Bakı istiqamətində hərəkətdə olan “Naz Lifan” markalı avtomobilin sürücüsü, 49 yaşlı Biləsuvar rayon sakini Mirzə Məmmədov idarəetməni itirərək dükanın qarşısında dayanan 3 avtomabilə çırpılıb. Qəza nəticəsində hərəkətsiz olan “Vaz-2106” və “Vaz-2107” markalı maşınlar yarasız vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

https://youtu.be/Z_NXDQFXpT0

Yenicag.az