Cəliləbad sakini meşədə özünü asdı

meshedeintiharCəlilabadda intihar hadisəsi baş verib.

Hadisə rayonun Soyuqbulaq adlanan meşə zolağında qeydə alınıb. Rayonun Əsəbli kənd sakini, 1973-cü il təvəllüdlü Seymur Ziyafət oğlu Bədirov meşədə ağacdan özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır(APA).