“Çelsi” FIFA-nın bu qərarına etiraz edib

İngiltərə təmsilçisi “Çelsi” FIFA-nın kluba transfer qadağası çıxarması ilə bağlı qərarına rəsmi şəkildə etiraz edib.

Yenicag.az xəbər verir ki, müvafiq sənəd artıq quruma daxil olub.

Qeyd edək ki, FIFA-nın qərarına əsasən “Çelsi” iki transfer pəncərəsində yeni futbolçu qeydiyyatdan keçirə bilməyəcək. London təmsilçisi hazırda 28 turdan sonra 56 xalla İngiltərə Premyer Liqasında 6-cı yerdədir./Report/

COP29