“Çelsi” mövsümün ilk məğlubiyyətini aldı, “Vest Hem” evdə uduzdu

İngiltərə Premyer Liqasında üçüncü turun növbəti oyunları keçirilib.

Lids şəhərinin “Elland Roud” arenasında yerli “Lids Yunayted”lə “Çelsi” üz-üzə gəlib.

İlk iki turdan sonra hesabında bir qələbə və bir heç-heçə olan zadəganlar yeni mövsümdə ilk dəfə məğlubiyyətlə qarşılaşıblar – 3:0. Matçın sonlarına yaxın London klubunun müdafiəçisi Kulibali ikinci sarı vərəqədən sonra meydanı tərk edib.

Paralel olaraq keçirilən “Vest Hem” – “Brayton” görüşündə isə qonaqlar üstün olub və ev sahiblərinin qapısından iki cavabsız top keçiriblər – 0:2.