“Çelsi” – “Qarabağ” matçının hakimləri açıqlandı

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Çelsi” – “Qarabağ” matçının hakimləri bəlli olub.

Yenicag.az xəbər verir ki, Londonda baş tutacaq qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Anastasios Sidiropulos, yan xətt hakimləri isə Polixronis Kostaras, Lazaros Dimitriadisıdır.

Xaralambos Kalogeropoulos və Alexandros Aretopoulos əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcək. Dördüncü hakim isə Damianos Efthimiadis olacaq.

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı sentyabrın 12-də keçiriləcək.