“Çelsi” heyətini “Everton” futbolçusu ilə gücləndirib.
Yenicag.az xəbər verir ki, “zadəganlar” Ros Barkli ilə anlaşıb. Bu keçid üçün qarşı tərəfə 15 milyon funt-sterlinq ödənilib. Məlumat London klubunun rəsmi “twitter” hesabı vasitəsi ilə yayılıb.
24 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Barkli əvvəllər “Sauthemton” və “Liverpul” kimi klublarda çıxış edib.