!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Çelsi”dən Bakı səfəri öncəsi darmadağın - VİDEO

!Reklam – Yazi

Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci turun oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”la bir qrupda yer alan “Çelsi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Vest Bromviç”lə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyundan qələbə ilə ayrılıb – 4:0. Qolları Alvaro Morata (17-ci dəqiqə), Eden Azar (23 və 62) və Markos Alonso (38) vurublar.

Hazırda “zadəganlar” 25 xalla 20 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Çelsi” növbəti matçını noyabrın 22-də Bakıda məhz “Qarabağ”a qarşı keçirəcək.

 

www.yenicag.az

2064
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv