“Çelsi”dən ibrətlik qərar: Sterlinqə irqçilik edən şəxsi ömürlük cəzalandırdı

İngiltərənin “Çelsi” klubu ötən mövsüm “Mançester Siti”ni qəbul etdiyi oyunda rəqib futbolçu Rahim Sterlinqə irqçi şüarlar səsləndirən azarkeşlə bağlı qərar verib.

Yenicag.az xəbər verir ki, keçən il dekabrın 8-də “Stemford Bric”də keçirilən görüşdə irqçi şüarlar səsləndirən azarkeşlərdən birinə stadiona giriş ömürlük qadağan olunub.

Digər 5 fanata isə 1-2 illik cəzalar tətbiq edilib./Trend/

COP29