Xalq artisti, tanınmış müğənni Brilliant Dadaşova bir neçə dəfə ərə gedən xanım həmkarlarına atmaca atıb.
Yenicag.az xəbər verir ki, canlı yayımda Zaur Kamal müğənnidən toyunun nə vaxt olduğunu soruşub. “Toyum 1988-ci il mayın 30-da o vaxtkı “Abşeron”da olub” deyən Xalq artistinin toy gününü dəqiqliklə xatırlaması Zauru təəccübləndirib.
O, “nə yaxşı yadınızda qalıb, heç mən toyumun nə vaxt olduğunu xatırlamıram”, – deyib.
Brilliant gülə-gülə ona belə cavab verib:
“Cəmi bir dəfə ərə getmişəm, əlbəttə, yadımdadır. Çox ərə gedəndə yadda qalmır”.
Nehru