Cəmil Əliyev təltif edildi – SƏRƏNCAM

Azərbaycan Respublikasında səhiyyənin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cəmil Əziz oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.