“Dünya ulduzları yarıçılpaq səhnəyə çıxır, amma bizim müğənnilər, aktrisalarımız bir az açıq-saçıq geyinən kimi təəccüblənirlər. Niyə evdar qadınla səhnəyə çıxan qadınları eyni tutursunuz?”
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Cəmilə Tağızadə deyib.
O, sosial şəbəkələrdə sənət adamlarının müzakirə olunan açıq-saçıq geyimləri ilə bağlı tənqidi fikirlərə münasibət bildirib.
Özünün də son vaxtlar belə tənqidlərə tuş gəldiyini bildirən aktrisa onlara səslənib:
“Mən istədiyim həyatı yaşayıram və heç kimə də hesab vermək məcburiyyətində deyiləm. Necə istəyirəm, elə də geyinirəm”.
Ətraflı videonu təqdim edirik:
Cəvahir
Samir Məcidov