Cəmilədən SƏRT AÇIQLAMA: ”Pedofillə ailə qurub, uşağını…”

Aktrisa Sanuranın saytmıza videomüsahibəsində söylədiyi “Azərbaycanda boşanmış qadına ikinci “sort” insan kimi baxırlar” ifadəsi sənət adamları tərəfindən müzakirələrə səbəb olub.

Yenicag.az-a açıqlama verən tanınmış aktrisa Cəmilə Tağıyeva həmkarını dəstəkləyib:

“Elə kişilər də, qadınlar da boşanmış qadınlara yaxşı baxmırlar, onları qəbul etmirlər. Bir qadın boşanıbsa, uşağı varsa, bitdi hər şey. Bütün qapılar onun üzünə bağlı olmalıdır. Niyə? Boşanmış qadın məgər ikinci dəfə ərə gedə bilməz? Uşağı varsa, ailə qura bilməz?Uşaq var deyə qadın şəxsi həyatını ikinci plana atası deyil ki…”

Aktrisa boşanmış və uşaqlı qadının da ikinci dəfə ailə qurmağa haqqı çatdığını deyİb, lakin şərtləri də açıqlayıb:

“Boşanmış və övladı olan qadın ailə qurarkən seçdiyi adamı yoxlamalıdır, baxmalıdır kiminlə həyatını qurur. Bu günlərdə bir xəbər eşitdik ki, 11 yaşlı qızı atalığı zorlayıb. Əgər elə əclafın biri ilə ailə qurub, uşaqlarını bədbəxt edəcəksə, qadın heç ailə qurmasın. Qadın dini nikah kəsdirib, kişinin qoynuna girməməlidir. Harada görünüb belə şey. O rəsmi ər deyil ki, məşuq sayılır. Lap elə rəsmi ər olsun. O qədər rəsmi ər olub, əclaflıq, pedofillik edənlər var ki… Bunları nəzərə almaq lazımdır. Küçələrə düşüb, özünə məşuq tutursan, özün bilərsən. Yoxsa ki, ana kimi ana deyilsənsə, şəxsi həyatın üstündürsə, uşağı bədbəxt etmə”.

Cəvahir