Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Cəmiyyətdə yenidən baş qaldıran KORONAVİRUS ŞÜBHƏLƏRİ: “Nəticə ağır ola bilər” – Psixoloqdan XƏBƏRDARLIQ

“Sosial şəbəkələrdə yarızarafat neqativ statuslarla cəmiyyətdə ümidsizlik ovqatı yaratmaq olmaz”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında karantin rejiminin yumşaldıması fonunda cəmiyyətdə koronavirus təhlükəsinin aktuallığına inamın zəifləməsinə və bu yanaşmanın doğura biləcəyi mümkün nəticələrə münasibət bildirən psixoloq Zaur Tahirsoy deyib.

Zaur Tahirsoyun sözlərinə görə, vətəndaşlarımızda virusun mövcudluğuna yönəlik şübhələrin yenidən baş qaldırması təhlükəli haldır:

“Hazırda virusla mübarizə çərçivəsində tətbiq olunan karantin rejiminin yumşaldılması istiqamətində tədbirlər uğurla həyata keçirilir. Pandemiyanın ilk dövrlərində tətbiq olunan karantin rejimi və “Evdə qal” çağırışları müsbət nəticə verib.

Lakin bütün hallarda yoluxma sayının az olması insanları çaşdırmamalıdır. Ümumiyyətlə, hazırkı pandemiya dünya tarixində ilk idarə edilə bilən pandemiyadır. Bu idarəetmə isə insanlar üçün müəyyən problemlər yarada bilər.

Ancaq qeyd olunmalıdır ki, ölkədə infeksiyann yayılmasın qarşısını almaq məqsədilə yetərli addımlar atılır. Bununla belə, insanlar bütün hallarda virus təhlükəsinə ciddi yanaşmalıdırlar”.

Ekspert vurğulayıb ki, karantin rejiminin yumşaldılması vətəndaşların məsuliyyət hissini azaltmamalıdır:

“Sosial şəbəkələrdə yarızarafat neqativ statuslarla cəmiyyətdə ümidsizlik ovqatı yaratmaq olmaz. Belə paylaşımlar bir sıra mənfi tendensiyaların genişlənməsinə, hətta intihar hallarına səbəb ola bilər.

Ona görə də sosial şəbəkələrdə və mediada daha çox pozitiv materialların yayımlanmasına üstünlük verilməsi vacibdir. Elə etmək lazımdır ki, koronavirus pandemiyası özünəqəsd epidemiyası ilə əvəzlənməsin.

Psixologiyada buna “Verter effekti” deyilir. Üç-beş nəfəri güldürmək niyyətilə yayılan statuslar otuz-qırx nəfəri özünə qəsd etməyə yönəldə bilər. Çünki hər kəs psixoloji cəhətdən güclü fərd deyil.

Ümidsizliyə qapılmaq koronavirusa yoluxmaqdan daha ağır haldır. Karantində maddi yardımlaşma kimi, psixoloji yardımlaşma da olmalıdır. Tarix boyu insanlar çox çətinliklərlə üzləşiblər. Bu da bizim növbəti imtahanımız olsun. Səbrlə gedişata uyğunlaşmaq lazımdır”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

2639
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100