Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Cəmiyyətimizə oxşayan mətbuatımız... - Səxavət Məmməd kimlərə çuvalduz batırdı?

Günortaya qədər oxucular jurnalistlərə,  günortadan sonra, daha dəqiq desək mükafatlandırmadan sonra jurnalistlər bir-birinə söz soxdu. Mən də özümü axşama saxladım.

Mətbuat cəmiyyətin aynasıdır. Cəmiyyət nədirsə, mətbuatı da odur. Jurnalistlər başqa planetdən gələməyiblər ha. Sən necə qorxaqsansa, jurnalistin də elə ürkəkdir, sən necə pulgirsənsə, jurnalistin də qapı-qapı gəzəndir, sən necə haqqını tələb edə bilmirsənsə, jurnalist də o qədər haqdan, ədalətdən dəm vurandır. Ölkədə neçə faiz insan hüququn bilir, haqsızlığa səsin ucaldır? Başını yorma, fikirləşmə, tapacağın faiz qədər də jurnalistin olacaq. Amerikada, Avropada jurnalist demə, anında o cəmiyyətə də bir bax. Jurnalist obyektiv, vicdanlı olmalıdır deyirsən, yaxşı, sən nə qədər düzgün həkimsən, müəllimsən, tacirsən? Direktor pul tələb edəndə səsini çıxara bilirsən? Niyə sənin yerinə kimsə kamikadze olsun? Çəkidə kəf gəl, ucuz al, baha sat, sonra gəl ki, jurnalist elə olsun, belə olsun. Sən nə qədər tülküsənsə, jurnalistin də o qədər afiristdir.

Deyir, ölkədə ancaq yaltaqlıq edənlər irəli gedir. Elədirsə, fakt elədir, jurnalistin də yaltağının irəli getməsi qədər doğal nə ola bilər?

Baxırsan, siyasi təşkilat, partiya mənsubiyyəti var. Deyir, jurnalistlər satılıb. Ölkədə ən çox “satılıb” sözü siyasi partiya sədrləri haqqında deyilmir sanki. Bəzən əl də dəyişdirir.
Yaxşı-pis, vicdanlı-vicdansız, şərəfli-şərəfsiz hər sahədə var.

Kifayət qədər sözün deyən, haqsızlığa dözməyən, dəlioğlanlıq edən jurnalistlər də var. Bəs onların həyatından, yaşayışından, şəraitindən xəbəriniz var? Razıyam, jurnalistə ev verilməməlidir! Bəzi həmkarlar da deyir, mətbauta elə şərait yaradılmalıdır ki, jurnalist özü qazanıb, özü evini alsın. Artist! Bu təkcə mətbuat üçün yox, bütün sahələrə şamil edilməldir.

Elə bilirsiniz mətbautın içində vəziyyət yaxşıdır? Sizi inandırım ki, bəlkə də ən çox haqqı tapdanan, təzyiqlərə məruz qalan, əməyinin haqqı verilməyənlər elə məhz jurnalistlərdir.

Medal, mükafat, ad-san verildi. Bir-iki nəfər soruşur ki, niyə ona da verilmədi? Qardaşım, əməkdarından tutmuş, fəxrisinə qədər müraciət əsasındadır. Təsəvvür elə, müraciət edirsən ki, mənə əməkdar adı ver. Əməkdar nədir, eləsi var xalq artisti naminasiyası olsa, ona da müraciət edər.

Şəxsən öz adıma deyirəm, olduğu kimi yola davam. Təbrik edənlərə, mesaj yazanlara təşəkkür edirəm!

Başlayanda guya bir-iki yerə söz soxacaqdım…

www.yenicag.az

1310