!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Cəmiyyətin seçki emosionallığı tədricən zəifləsə də, bir neçə aydan sonra yenidən...” – MÖVQE

!Reklam – Yazi

“Gələn ilin mart ayında bələdiyyə seçkiləri keçirilməlidir və o seçkilərin də ciddi rəqabət vəd etdiyini söyləmək mümkündür”.

Bu fikirləri Türkiyədə keçirilmiş prezident və parlament seçkilərindən sonra siyasi fəallığı ilə fərqlənən cəmiyyətdə seçki əhval-ruhiyyəsinin necə azaldığını şərh edən politoloq Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, seçkilərin yekunlaşması ilə türk cəmiyyəti də rutinə qayıtmaq imkanı qazandı:

“Türkiyədə təqribən üç ay davam etmiş aktiv seçki dönəmi artıq yekunlaşıb və həm prezidentin kimliyinə, həm də parlamentin tərkibinə aydınlıq gətirilib. Geridə qalan bu müddət ərzində Türkiyədə müşahidə edilən aktivlik özünün bəlkə də ən yüksək həddinə çatdı. Çünki rəqabətin bu şəkildə sona qədər davam etdiyi seçkini kimsə xatırlamır.

Prezident və parlament seçkilərinin eyni vaxtda keçirilməsi seçkilərdə rəqabətin gərginliyini daha da artıran amil oldu. Hakimiyyətyönlü və müxalif koalisiyaların hər iki seçkidə qalib gəlmək iddiası inanılmaz dərəcədə dinamik keçən kampaniyanın aparılmasını şərtləndirdi.

Seçkilər bitdikdən sonra siyasi qüvvələrlə yanaşı, cəmiyyət də nəfəs dərmək imkanı əldə etdi. Həqiqətən, kampaniya dövründə əhali də çox yoruldu. Prezident seçkilərində ikinci turun keçirilməsi bu yorğunluğu daha da artırmışdı. Ancaq son bir neçə gündə cəmiyyət seçki emosiyalarını azaldaraq rutin həyatına qayıtmaqdadır.

Lakin bu sakitlik çox da uzun sürməyəcək. Gələn ilin mart ayında bələdiyyə seçkiləri keçirilməlidir və o seçkilərin də ciddi rəqabət vəd etdiyini söyləmək mümkündür. Ona görə də bir müddətdən sonra cəmiyyətin yenidən ayaqda olacağı şübhəsizdir”.

A.Zeynalov

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv