!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Cəmiyyətlə yanaşı, dövlət də Rusiyanın bu davranışlarına öz etirazını bildirməlidir” - Elşad Musayev

!Reklam – Yazi

“Ərazilərmizi Ermənistana verən də, 200 ildir, bizə problem yaradan da Rusiya olub”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında məlum üçtərəfli bəyanat əsasında Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin səlahiyyət hədlərini aşmasına münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

Elşad Musayev bildirib ki, cəmiyyətin təpkisindən əlavə, Azərbaycanın dövlət orqanları da sülhməramlıların yolverilməz davranışlarına etiraz etməlidir:

“Rusiya sülhməramlılarının özlərini orada jandarm kimi aparması cəmiyyətimizdə müəyyən narahatlıqlar doğurub. Bunlar elə bilir ki, indi əvvəlki dövrdür. Bunlar, əslində, sülhməramlı yox, Moskvanın hegemonluq məramının icraçılarıdır.

Cəmiyyət bu cəhdlərə ciddi təpki verdi və bu, belə də olmalı idi. Rusiya hərbi kontingentinin yerləşdiyi ərazi Azərbaycana məxsusdur. Bizim ərazilərmizi Ermənistana verən də, 200 ildir, bizə problem yaradan da Rusiya olub.

İndiki halda, bizim razılığımız əsasında, Rusiya kontingenti öz funksiyasını yerinə yetirməlidir. Hesab edirəm ki, bununla bağlı dövlətin də bir təpkisi olmalıdır. Cəmiyyət onsuz da öz etirazını bildirir”.

Aqil Bəkir

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv