Çempion adı uğrunda mübarizə

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək dəstəsində II pley-off mərhələsinin növbəti oyunları start götürəcək. Yeniçağ.az-ın məlumatına görə, Naxçıvanda təşkil olunan həlledici mərhələnin V turu liderlərin dueli ilə başlayacaq.

Günün ilk qarşılaşması “Neftçi”-“Lokomotiv” oyunudur. İkinci görüşü də vacib əhəmiyyətə malikdir. Əgər “Naxçıvan”la oynayacaq MOİK Bakıda təşkil olunan mərhələdəki məğlubiyyətin əvəzini çıxa bilməsə, Muxtar Respublika təmsilçisi bürünc medala yiyələnəcək.

Son – VI turun oyunları isə sabah baş tutacaq.
Pley-off mərhələsi
V tur

29 mart

15:00. “Neftçi” – “Lokomotiv”
17:30. MOİK – “Naxçıvan”

Yeniçağ.az