Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Çempion olan MOİK-də işlər qarışdı: Büdcə iki dəfə azaldıldı, baş məşqçi gedir

Reklam: Sinerji Pro

Fubtol üzrə Azərbaycan çempionatının birinci divizionunda çempion olan MOİK-də işlər qarışıb.

Yenicag.az xəbər verir ki, komandanın büdcəsi iki dəfə azaldılıb. Artıq bununla bağlı komanda üzvlərinə məlumat da verilib.

Əldə etdiyimiz məlumata görə, hətta bu səbəbdən “hərbçilər”i çempion edən baş məşqçi Azər Bağırov da komandadan getmək qərarına gəlib.

Bunu dünya fubtolunda görünməmiş hadisə kimi də dəyərləndirmək olar. Hər halda çempion olan komandanın hədəflərini yüksəltmək əvəzinə, rəhbərliyin büdcəni azaldılmasına dair qərar qəbul etməsi başadüşülən deyil.

Əslində, bunun üçün heç bir əsas da yoxdur. Nəzərə alaq ki, hər il Azərbaycan dövləti ordumuzun daha da gücləndirilməsi üçün kifayət qədər vəsait ayırır. Belə olan halda Müdafiə Nazirliyinin tabeliyində olan MOİK-in büdcəsinin iki dəfə azaldılmasının məntiqi izahı ola bilməz. Görünür, MOİK rəhbərliyi futbolun inkişafında pay sahibi olmaq istəmir və bu sahəyə ayrılan vəsaiti boşa xərclənmiş hesab edir.

EMİN SƏFƏROV

www.yenicag.az

9768
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM