Futbol üzrə Argentina çempionatında mövsümün çempionu bəlli olub.
Yenicag.az xəbər verir ki, “Boka Xuniors” sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib. Bu, “Boka Xuniors”un ən yaxın izləyicisi “Banfild”in 29-cu turda “Lan Lorenso”ya 0:1 hesabı ilə uduzmasından sonra reallaşıb.
Qeyd edək ki, bu, Buones-Ayres təmsilçisinin 32-ci çempionluğudur.