Çempion “Qarabağ”dan iki yeni müqavilə

“Qarabağ” iki futbolçusu ilə müqaviləni yeniləyib.

Yenicag.az-ın əldə etdiyi xəbərə görə, ötən gün 7-ci çempionluğunu rəsmiləşdirən Ağdam
təmsilçisi yarımmüdafiəçilər Miçel Madera və Qara Qarayevlə yollarını davam etdirəcək. Futbolçularla iki illik müqavilə imzalanıb.

Hər iki oyunçunun əvvəlki sözləşməsi bu mövsümün sonuna qədər idi.

Qeyd edək ki, ispaniyalı Miçel 2015-ci ildən “Qarabağ”da çıxış edir. Millimizin üzvü Qara Qarayev isə Ağdam klubunun yetirməsidir.

Qol.az