Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə 1/8 finalın cütlükləri müəyyənləşib.
Qrup qaliblərinin ikinci yer sahiblərini sınağa çəkəcəyi mərhələnin 8 cütü bəlli olub. Burada eyni qrupdan çıxanlar və bir ölkəni təmsil edənlər bir-birilərinə rəqib olmayıb.
Püşk “Liverpul”la “Bavariya”nı, MY ilə PSJ-ni üz-üzə qoyub. Bu cütlər mərhələnin ən çox maraq kəsb edən duelləri olacaq.
1/8 final mərhələsinin oyunları 4 həftəni əhatə edəcək. İlk görüşlər 12-13 və 19-20 fevralda, cavab qarşılaşmaları isə 5-6 və 12-13 martda keçiriləcək.
Çempionlar Liqası
1/8 final
“Şalke” (Almaniya) – “Mançester Siti” (İngiltərə)
“Atletiko” (Madrid, İspaniya) – “Yuventus” (İtaliya)
“Mançester Yunayted” (İngiltərə) – PSJ (Paris, Fransa)
“Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)
“Lion” (Fransa) – “Barselona” (İspaniya)
“Roma” (İtaliya) – “Portu” (Portuqaliya)
“Ayaks” (Hollandiya) – “Real” (Madrid, İspaniya)
“Liverpul” (İngiltərə) – “Bavariya” (Almaniya).