Çempionlar Liqası: “Qalatasaray” “Yanq Boyz”la qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçiriləcək.

Türkiyə “Qalatasaray”ı səfərdə İsveçrə “Yanq Boyz”u ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, pley-offun cavab matçları 27-28 avqust tarixlərində keçiriləcək.

Çempionlar Liqasının pley-off mərhələsi, ilk oyunlar

21 avqust

23:00. “Dinamo” (Kiyev, Ukrayna) –  “Zalsburq” (Avstriya)

23:00. “Midtüllan” (Danimarka) – “Slovan” (Slovakiya)

23:00.”Malmö” (İsveç) – “Sparta” (Çexiya)

23:00. “Yanq Boyz” (İsveçrə) – “Qalatasaray” (Türkiyə)

20 avqust

“Bodyo-Qlimt” (Norveç) – “Srvena Zvezda” (Serbiya) – 2:1

“Dinamo”(Zaqreb, Xorvatiya) – “Qarabağ”(Azərbaycan) – 3:0

“Lill” (Fransa) – “Slaviya” (Praqa, Çexiya) – 2:0

COP29