Çempionlar Liqası: “Qarabağ”ın oyunu nə vaxt başlayacaq?

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın birinci təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubuna qarşı keçirəcəyi hər iki oyununun başlama saatı açıqlanıb.

Yenicag.az xəbər verir ki, iyulun 11-də səfərdə keçiriləcək ilk görüş Bakı vaxtı ilə 22:00-da start götürəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab qarşılaşması isə iyulun 18-i saat 21:00-da keçiriləcək.

 

COP29