Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq.
Yenicag.az xəbər verir ki, keçiriləcək 10 qarşılaşmadan sonra növbəti mərhələyə yüksələcək komandaların adlarına aydınlıq gələcək.
Artıq III təsnifat mərhələsinə vəsiqəni təmin edən “Qarabağ”ın rəqibi isə Albaniyada baş tutacaq “Kukesi” – “Şerif” duelindən sonra bəlli olacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
19 iyul
20:00. “Dudelanj” (Lüksemburq) – APOEL (Kipr)
İlk oyun – 0:1
21:15. “Rusenborq” (Norveç) – “Dandalk” (İrlandiya)
İlk oyun – 1:1
21:30. “Kopenhagen” (Danimarka) – “Jilina” (Slovakiya)
İlk oyun – 3:1
21:30. “Kukesi” (Albaniya) – “Şerif” (Moldova)
İlk oyun – 0:1
22:00. “Lüdoqorets” (Bolqarıstan) – “Jalgiris” (Litva)
İlk oyun – 1:2
22:15. “Maribor” (Sloveniya) – “Zrinski” (Bosniya və Herseqovina)
İlk oyun -2:1
22:30. “Zalsburq” (Avstriya) – “Hibernians” (Malta)
İlk oyun – 3:0
22:45. “Legiya” (Polşa) – “Mariehamn” (Finlandiya)
İlk oyun – 3:0
22:45. “Seltik” (Şotlandiya) – “Linfild” (Şimali İrlandiya)
İlk oyun – 2:0
23:15. “Honved” (Macarıstan) – “Hapoel” (Beyer Şeva, İsrail)
İlk oyun – 1:2