Reklam: High Technic
hightechnic

Çempionlar Liqası: “Roma” və “Sevilya” 1/4 finalda

Reklam: High Technic

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin iki cavab oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, “Roma” doğma azarkeşləri önündə “Şaxtyor”u, “Mançester Yunayted” isə “Sevilya”nı qəbul edib. İtaliya klubu minimal hesablı qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb. MY isə gözlənilmədən “Sevilya”ya məğlub olub və mübarizəni dayandırıb.

Qeyd edək ki, martın 14-də keçiriləcək son iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları müəyyənləşəcək.

13 mart

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

“Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna) 1:0
Qol: Dzeko, 52.
İlk oyun – 1:2

“Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) 1:2
Qollar: Lukaku, 84 – Yedder, 74; 78.
İlk oyun – 0:0

14 mart

21:00. “Beşiktaş” (Türkiyə) – “Bavariya” (Almaniya)
İlk oyun – 0:5

23:45. “Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə)
İlk oyun – 1:1

www.yenicag.az

6269