Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılıb.
Yenicag.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.
Püşkatma “Bavariya” ilə “Real”ı üz-üzə qoyub. Digər yarımfinalçıların duelində isə “Roma” ilə “Liverpul” qarşılaşacaq.
Çempionlar Liqası
Yarımfinal
“Bavariya” (Almaniya) – “Real” (İspaniya)
“Liverpul” (İngiltərə) – “Roma” (İtaliya)
Qeyd edək ki, yarım finalın ilk oyunları 24-25 aprel, cavab görüşləri isə 1-2 mayda keçiriləcək.