Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində daha 5 qarşılaşma keçirilib.
Yenicag.az xəbər verir ki, gecənin oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Pley-off” mərhələsi, ilk oyunlar
16 avqust
“Napoli” (İtaliya) – “Nitsa” (Fransa) – 2:0
Qollar: Dris Mertens, 13. Jorjinyo, 70-penalti ilə
Qırmızı vərəqələr: Alassan Plea, 79; Vensan Koziello, 79 (hər ikisi “Nitsa”)
“Başakşehir” (Türkiyə) – “Sevilya” (İspaniya) – 1:2
Qollar: Elcero Elia, 64 – Serxio Eskudero, 16. Vissam Ben Yedder, 84
“Hapoel” (Beer-Şeva, İsrail) – “Maribor” (Sloveniya) – 2:1
Qollar: Antoni Nvakaeme, 12. Şir Tzedek, 45+2-penalti ilə – Markos Tavares, 10
“Seltik” (Şotlandiya) – “Astana” (Qazaxıstan) – 5:0
Qollar: Yevgeni Postnikov, 32-öz qapısına. Skott Sinkleyr, 42; 60. Ceyms Forrest, 79. Li Qriffits, 88
“Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya) – 2:1
Qollar: Vadis Ocica, 66. Aleksis Romao, 90+3 – Heber, 42
Qeyd edək ki, cavab oyunları 22-23 avqustda olacaq.