Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Çempionlar Liqasında gecənin nəticələri

Reklam: High Technic

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Yenicag.az xəbər verir ki, ilk oyun günündə keçirilən qarşılaşmalardan sonra qrup mərhələsinə vəsiqə qazanan ilk 5 komandanın adına aydınlıq gəlib.

Şotlandiyanın “Seltik”, İspaniyanın “Sevilya”, Sloveniyanın “Maribor”, Yunanıstanın “Olimpiakos” və İtaliya “Napoli” klubları hər iki görüşün nəticəsinə görə qrup mərhələsinə vəsiqəni təmin ediblər.

Çempionlar Liqası

“Pley-off” mərhələsi, cavab görüşləri

22 avqust

19:30. “Astana” (Qazaxıstan) – “Seltik” (Şotlandiya) – 4:3
Qollar: Kristoffer Ajer, 26-öz qapısına. Serikjan Mujikov, 48. Patrik Tvumasi, 49; 69 – Skott Sinkleyr, 34. Olivye Ntçam, 80. Li Qriffits, 90
İlk oyun – 0:5

22:45. “Maribor” (Sloveniya) – “Hapoel” (Beer-Şeva, İsrail) – 1:0
Qol: Mitya Viler, 15
İlk oyun – 1:2

22:45. “Riyeka” (Xorvatiya) – “Olimpiakos” (Yunanıstan) – 0:1
Qol: Marko Marin, 25
İlk oyun – 1:2

22:45. “Nitsa” (Fransa) – “Napoli” (İtaliya) – 0:2
Qollar: Xose Kalyexon, 48. Lorentso İnsinye, 89
İlk oyun – 0:2

22:45. “Sevilya” (İspaniya) – “Başakşehir” (Türkiyə) – 2:2
Qollar: Serxio Eskudero, 52. Vissam Ben Yedder, 75 – Elcero Elia, 17. Edin Vişça, 83
İlk oyun – 2:1

Yenicag.az

www.yenicag.az

473