Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Çempionlar Liqasında gecənin nəticələri

Reklam: High Technic

Futbol üzrə UEFA Çempionlar Liqasının A, B, C və D qruplarında növbəti oyunlar keçirilib.

Yenicag.az xəbər verir ki, C qrupunda mübarizə aparan təmsilçimiz “Qarabağ” səfərdə “Atletiko” ilə üz-üzə gəlib və bu rəqibi ilə səfərdə də heç-heçəyə nail olub. Qrupun digər oyununda isə “Roma” “Çelsi”ni qəbul edib. Romalılar bu görüşdə darmadağınla qalib gələrək qrup liderliyini ələ keçiriblər.

B qrupuna başçılıq edən PSJ artıq bu turda 1/8 finala vəsiqəni təmin edə bilərdi. Qrupda keçirdiyi hər 3 oyunu qələbə ilə başa vuran parislilər autsayder “Anderlext”lə ev matçından 3 xalla ayrılacağı təqdirdə, növbəti mərhələyə vəsiqəni təmin edəcəkdi. Belə də olub. Paris klubu buna 5 cavabsız qol sayəsində nail olub. Qrupun digər oyununda “Bavariya” “Seltik” üzərində çətin qələbəyə sevinib.

A qrupunda “Mançester Yunayted” “Benfika”nı doğma meydanda məğlub edibsə, Moskva ÇSKA-sı səfərdə “Bazel”dən üstün olub.

D qrupun favoritlərindən “Barselona” səfərdə “Olimpiakos”a qalib gələ bilməyib. “Yuventus” isə “Sportinq”lə bərabərə qalıb.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi

31 oktyabr

A qrupu

“Mançester Yunayted” (İngiltərə) – “Benfika” (Portuqaliya) 2:0
Qol: Svilar, 45-öz qapısına. Blind, 78-pen.

“Bazel” (İsveçrə) – ÇSKA (Moskva, Rusiya) 1:2
Qol: Zuffi, 32 – Dzaqoyev, 65. Vernblum, 79.

MY – 12, “Bazel” – 6, ÇSKA – 6, “Benfika” – 0.

B qrupu

“Seltik” (Şotlandiya) – “Bavariya” (Almaniya) 1:2
Qol: Makqreqor, 74 – Koman, 22. Martines, 77.

PSJ (Fransa) – “Anderlext” (Belçika) 5:0
Qol: Verratti, 30. Neymar, 45. Kurjava, 52; 72; 78.

PSJ – 12, “Bavariya” – 9, “Seltik” – 3, “Anderlext” – 0.

C qrupu

“Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan) 1:1
Qol: Tomas, 56 – Miçel, 40.

“Roma” (İtaliya) – “Çelsi” (İngiltərə) 3:0
Qol: S.E.Şaaravi, 1; 36. Perotti, 63.

“Roma” – 8, “Çelsi” – 7, “Atletiko” – 3, “Qarabağ” – 2.

D qrupu

“Olimpiakos” (Yunanıstan) – “Barselona” (İspaniya) 0:0

“Sportinq” (Portuqaliya) – “Yuventus” (İtaliya) 1:1
Qol: Sezar, 20 – İquayn, 79.

“Barselona” – 10, “Yuventus” – 7, “Sportinq” – 4, “Olimpiakos” – 1.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

3749
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM