Çempionlar Liqasının püşkü atıldı: “Beşiktaş”ın rəqibi…

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsininin püşkatma mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada komandalar rəqiblərini tanıyıblar.

Püşkatmanın nəticəsinə görə, azərbaycanlı futbolsevərlərin də yaxından izlədiyi Türkiyənin “Beşiktaş” klubu 1/8 finalda “Bavariya” ilə üz-üzə gələcək.

Püşkatmanın digər nəticələri aşağıdakı kimidir:

“Yuventus” (İtaliya) – “Tottenhem” (İngiltərə)

“Bazel” (İsveçrə) –  “Mançester Siti” (İngiltərə)

“Porto” (Portuqaliya) – “Liverpul” (İngiltərə)

“Sevilya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)

“Real” (İspaniya) – PSJ (Fransa)

“Şaxtyor” (Ukrayna) – “Roma” (İtaliya)

“Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya)

Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2018-ci il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də baş tutacaq.