Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Çempionlar Liqasında vətənsiz, qaçqın klub” - Almanlar "Qarabağ"dan yazdı

Reklam: Sinerji Pro

Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yazan “Qarabağ” dünya mətbuatının gündəmindən düşmür.

Yenicag.az xəbər verir ki, Almaniyanın nüfuzlu “Die Welt” qəzeti də Qurban Qurbanovun komandası ilə baölı geniş yazı dərc edib.

Yazıda “Qarabağ”ın təmsil olunduğu Ağdamın Ermənistan ordusu tərəfindən işğal olunması xüsusi ilə qabardılıb.

“Çempionlar Liqasında vətənsiz, qaçqın klub” başlıqlı yazını təqdim edirik:

Dağlıq Qarabağ bölgəsini təmsil edən bu kiçik klub 1993-cü ildən ev oyunlarını Ağdamda keçirə bilmir. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək ilk Azərbaycan komandasıdır.

“Kopenhagen”lə oyundan sonra vətənə qayıdan komandanı hava limanında minlərlə azarkeş qarşıladı. Fanatlar oxudu, rəqs etdi və qəhrəman futbolçularına dəstək verdilər. Azarkeşlər hələ “Kopenhagen”lə oyun başa çatan kimi Bakı küçələrinə çıxaraq komandalarının zəfərini qeyd etdilər.

1990-cı illərdən başlayan Ermənistan – Azərbaycan münaqişəsi nəticəsində minlərlə azərbaycanlı öz doğma yurdundan didərgin düşüb və hələ də geri qayıda bilmir. “Qarabağ” isə “qaçqın” komanda adlanır. Klubun vətəni olan Ağdam o zamandan etibarən “ruhlar şəhərinə” çevrilib. “Qarabağ” klubu 1993-cü ildən bəri ev oyunlarını müxtəlif şəhərlərdə keçirib və nəhayət, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionda qərarlaşıb.

“Qarabağ” ardıcıl 4 il Azərbaycan çempionu olsa da, Çempionlar Liqasının qrup mərhələsində oynamaq bu komanda üçün çətin olacaq. Klubun illik müdcəsi 12 milyon avrodur. Bu, hər futbolçunun illik gəlirinin orta hesabla 480 min avro olması deməkdir. “Real”ın futbolçusu Kriştiano Ronaldo bu məbləği bir həftəyə qazanır. Baş məşqçi Qurban Qurbanov bundan sonra 1 və ya 2 futbolçu transfer edəcəklərini açıqlayıb.

Yenicag.az

www.yenicag.az

323