Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması keçirilir – CANLI

İsveçin Nyon şəhərində UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkatma mərhələsi keçirilir.

Yenicag.az xəbər verir ki, Liqa mərhələsindən sonra “Liverpul”, “Arsenal”, “Aston Villa” (hamısı İngiltərə), “İnter” (İtaliya), “Barselona”, “Atletiko” (hər ikisi İspaniya), “Bayer Leverkuzen” (Almaniya) və “Lill” (Fransa) birbaşa 1/8 finala vəsiqə qazanıblar.

Qeyd edək ki, pley-off mərhələsindən sonra 1/8 finala “Feyenoord” (Niderland), “Bavariya” (Almaniya), “Brügge” (Belçika), “Real Madrid” (İspaniya), PSJ (Fransa), PSV (Niderland), “Borussiya Dortmund” (Almaniya), “Benfika” (Portuqaliya) klubları çıxıblar.

Canlı yayımı təqdim edirik: