Çempionlar Liqasının 2018-19 mövsümünün final matçının Bakıda keçirilmə ehtimalı artıb.
Yenicag.az xəbər verir ki, bu iddia ilə İspaniya mətbuatı çıxış edib.
Belə ki, əsas namizədlərdən olan Madrid “Atletiko”sunun “Vanda Metropolitano” stadionu UEFA-nın tələblərinə tam cavab vermir. Yeni inşa edilən arenanın 7000 VİP tutumu var ki, bu da çox az hesab olunur.
Bundan başqa stadionun ərazisinin kiçik olması da UEFA nümayəndələri üçün qanedici olmayıb.
İspaniya mətbuatının iddiasına görə, belə durumda final matçının digər namizəd – Bakı Olimpiya Stadionunda keçirilməsi UEFA üçün daha uyğun hesab edilib.