Çempionlar Liqasının püşkü atıldı – Nəticələr

Bu gün UEFA Çempionlar Liqasının ilk dəfə olaraq 36 komandanın iştirakı ilə keçiriləcək Liqa mərhələsinin püşkü atılıb.

Yenicag.az xəbər verir ki, Fransanın Monako şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Yeni format üçün tarixdə ilk dəfə hibrid püşkatma üsulundan istifadə edilib. Müvafiq olaraq, püşkdə klublar əl ilə çəkiləcək, daha sonra kompüter nəzarəti ələ alacaq və komandaların 8 rəqibini seçəcək. Püşkatmanın uzun zaman aparmamasına görə belə üsuldan istifadəyə qərar verilib.

Püşkü əfsanəvi futbolçular Canluici Buffon və Kristian Ronaldo çəkiblər.

36 komandaların hər birinin rəqibi hər səbətdən çıxan 2 komanda olub. Yeni formata əsasən hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.

ÇL-də Liqa mərhələsi sentyabrın 15-də başlanacaq, 2025-ci ilin yanvarın 25-də isə yekunlaşacaq. 1-8-ci yeri tutanlar 1/8 finala yüksələcək, 9-24-cü yeri tutanlar isə 1/8 finala çıxmaq üçün 2 matçdan ibarət pley-off matçlarında oynayacaqlar. 24-36-cı yeri tutanlar avrokuboklarda mübarizəni başa vuracaqlar.

Oyunların dəqiq təqvimi isə avqustun 31-də açıqlanacaq.

Püşkatmanın nəticəsi:

COP29