Çempionlar Liqasının qalibi müəyyənləşir: “Real”, yoxsa “Yuventus”?

Bu gün Çempionlar Liqasında 2016/2017 mövsümünün qalibi müəyyənləşəcək.

Yenicag.az xəbər verir ki, Kardiffdə keçiriləcək final matçında İspaniyanın “Real” və İtaliyanın “Yuventus” klubları üz-üzə gələcək.

“Millennium” stadionunda keçiriləcək və almaniyalı Feliks Brixin baş hakimi olduğu qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Maraq üçün bildirək ki, adıçəkilən komandalar 2000-ci ildən bu yana 8 dəfə qarşılaşıb. Oyunlardan 4-ü italiyalıların qələbəsi ilə yekunlaşıb. Madrid təmsilçisi isə rəqibini 2 dəfə məğlub etməyi bacarıb. Digər 2 qarşılaşmada isə heç-heçə qeydə alınıb.

Xatırladaq ki, “Real” 12, “Yuventus” isə 2 dəfə ÇL-in qalibi olub.

Yenicag.az