Çempionlar Liqasının rekordu Bakıda

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” matçında rekord qeydə alınıb.

Yenicag.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanı  67100 tamaşaçı izləyib ki, bu da turun rekord nəticəsidir.

İkinci pillədə “Borussia” – “Tottenhem” matçıdır. “Siqnal İduna Park”da keçirilən qarşılşamanı 65 849 tamaşaçı izləyib.

“Qarabağ”ın rəqibləri olan “Atletiko” – “Roma” matçında isə 56 253 tamaşaçı qeydə alınıb.

COP29