Bu gün İspaniya La Liqasında 2016/2017 mövsümünə yekun vurulacaq.
Yenicag.az xəbər verir ki, mövsümün çempionu məhz son turda müəyyənləşəcək.
Çempionluq yolunda əsas rəqibi “Barselona”dan 3 xal öndə olan “Real” səfərdə “Malaqa”nın qonağı olacaq. Madrid təmsilçisinə çempionluq üçün bir xal da bəs edəcək.
Möcüzəyə ümid edən “Barselona” isə doğma azarkeşləri önündə “Eybar”ı qəbul edəcək. Kataloniya təmsilçisi çempion olmaq üçün rəqibini məğlub etməklə yanaşı, “Real”ın da büdrəməsini gözləməlidir.
Qeyd edək ki, “Real”ın aktivində 90, “Batselona”nın isə 87 xalı var.
Xatırladaq ki, hər iki qarşılaşma 22:00-da start götürəcək.
Yenicag.az