!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çempionun qatili tutuldu – Yeni məlumatlar-FOTOLAR

!Reklam – Yazi

cempionun qetli 1Gəncədə ötən gecə güllələnən idmançı, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilovla yeni məlumatlar üzə çıxıb.

Onun idmançı dostu Musavat.com-a bildirib ki, Elmir Cəlilov yaşı ilə əlaqədar bir müddət əvvəl idmandan uzaqlaşıb. O, Gəncədə bərbərliklə məöşğul imiş:
“Çox mərifətli oğlan idi. Gəncədə ən hörmətli idmançılardan biri Elmir idi”.

Anar Məmmədov bildirib ki, Elmir Cəlilov kriminal aləmdən uzaq olub, heç kimlə ədavəti yox imiş.

Elmir Cəlilov ailəlidir. İki övladı – qızı və oğlu var. Həyat yoldaşı hamilədir və təxminən iki ay sonra üçüncü övladları dünyaya gəlməlidir.

Gəncədəki mənbələr nəşrə qətlin səbəbləri ilə bağlı mövcud ehtimalları da açıqlayıb. Hazırda qətllə bağlı iki versiya dolaşır – namus məsələsi və ya borc pul söhbəti.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. Qətli törədən saxlanılsa da, hələlik adı açıqlanmayıb.

Xatırladaq ki, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilov ötən gecə qətlə yetirilib. Hadisə Gəncədə baş verib. Şəhərin Əttarlar küçəsində, “Kəpəz” mehmanxanasının qarşısında Elmir Cəlilov öz avtomobilində güllələnib.

***

Fevralın 20-də axşam saatlarında şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovu odlu silahla qətlə yetirən 1984-cü il təvəllüdlü Anar Tağıyev tutulub. O, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

www.yenicag.az

657
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv