Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Çən maşından yola düşdü, qəzaya səbəb oldu - Yaralılar var

Salyan rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Ələt-Astara magistralının rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Sammari” markalı minik avtomobili hərəkətdə olarkən qarşıdan gedən yük maşınından kiçik tutumlu çən yerə düşüb. Sürücü ona toxunmamaq üçün maşını yana qaçırtmaq istəyən zaman idarəetməni itirib və nəticədə avtomobil yolun kənarına aşıb. Qəza zamanı avtombildə olan Biləsuvar sakinləri – 1984-cü il təvəllüdlü Səmədov Elvin Nurəddin oğlu və 1987-ci il təvəllüdlü Bəndiyev Taleh Ədalət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

5436