ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki öz postunu tərk edir. Musavat.com xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə o, artıq prezident Barak Obamaya bildirib. Səbəb xanım Psakinin hamiləliyi ilə bağlıdır.
“Mənim üçün şərəf olacaq ki, apreldə Ağ Ev əməkdaşlarına yenidən qovuşacağam. Önümüzdə Barak Obama administrasiyanın iki möhtəşəm ili durur. Öz qeyri-adi həmkarlarım üçün darıxacağam” – deyib Departament nümayəndəsi.